Dünya

Gürcüstanda müəllimlər üçün vaksinasiya məcburi olacaq

Gürcüstanda bütün müəllimlər koronavirusa qarşı peyvənd vurdurmalıdır.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın baş infeksionisti, Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze məlumat verib.
Onun sözlərinə görə, bununla bağlı hazırlanan müvafiq qərarın bu gün təsdiqlənəcəyi gözlənilir.
Qeyd edək ki, bu günə olan məlumata əsasən, Gürcüstanda vaksin vurduranların sayı 1 785 862 nəfər təşkil edir. Onların 981 624-ü preparatın bir dozasını, 804 238-i isə hər iki dozasını qəbul edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button