Dünya

Gürcüstanda “Mişaya azadlıq!” şüarlı mitinq keçirilir

Gürcüstanın Rustavi şəhərdə sabiq prezident Mixeil Saakaşvilinin azadlığa buxarılması tələbi ilə keçirilən mitinq davam edir.
“Report”un yerli bürosu xəbər verir ki, aksiyada “Mişa!” və “Mişaya azadlıq!” şüarları səsləndirilir.
İştirakçılara M.Saakaşvilinin məktubu oxunub. Siyasətçi aksiyaçılara təşəkkürünü bildirib: “Türmədə səslərinizi eşidirəm. Bu mənim mübarizə arzumu on dəfələrlə gücləndirir. Qələbəyə qədər gedirik”.
Mitinqçilər qarşısında çıxış edən Vahid Milli Hərəkat Partiyasının sədri Nika Meliya deyib ki, keçmiş dövlət başçısı azadlığa çıxmayana qədər mübarizə davam etdiriləcək: “Sona qədər mübarizə aparacağıq, qələbə tezliklə bizim olacaq”.
15.24
Gürcüstanın Rustavi şəhərində keçmiş prezident Mixeil Saakaşviliyə azadlıq tələbi ilə kütləvi aksiya keçirilir.
“Report”un yerli bürosu xəbər verir ki, “Mişaya azadlıq!” şüarlı aksiya siyasətçinin saxlanıldığı 12 saylı cəzaçəkmə müəssisəsinin yaxınlığında təşkil olunub.
Mitinqdə M.Saakaşvilinin lideri olduğu Vahid Milli Hərəkat Partiyasının (VMHP) çox sayda tərəfdarları iştirak edirlər. Aksiyaya ölkənin müxtəlif bölgələrindən dəstək qrupları da qoşulub.
Aksiyaçılar Gürcüstan, Ukrayna, Azərbaycan və NATO-nun bayraqlarını da tutublar.
Penitensiar müəssisənin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button