Dünya

Gürcüstanda Krım-Konqo qızdırmasından bir nəfər ölüb

Tbilisidə 49 yaşlı qadın Krım-Konqo hemorragik qızdırmasından dünyasını dəyişib.
“Report”un yerli bürosu xəbər verir ki, Samtsxe Cavaxeti bölgəsinin sakini olan pasiyent iki gün öncə ağır vəziyyətdə Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasına çatdırılıb.
Qadın reanimasiyaya yerləşdirilib, lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, bu ayın əvvəlində Gürcüstanın Milli Qida Agentliyi Krım-Konqo hemorragik qızdırma xəstəliyinin qarşısını almaq üçün əhaliyə bir sıra tövsiyələr təqdim edib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button