Dünya

Gürcüstanda koronavirusa yoluxanların sayı 398 mini ötüb

Gürcüstanda ötən sutkada daha 2 460 nəfərdə koronavirus aşkarlanıb, 20 nəfər vəfat edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Son 24 saat ərzində daha 1 082 nəfər sağalaraq evə buraxılıb.
Qonşu ölkədə indiyədək COVID-19 infeksiyasına 398 081 yoluxma halı təsdiqlənib. Yoluxanların 370 565-i sağalıb, 5 656-sı isə ölüb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button