Dünya

Gürcüstanda koronavirusa yoluxan əkizlər ölüb |

Gürcüstanın Kutaisi şəhərində koronavirus diaqnozlu əkiz uşaqlar vəfat edib.
“Report”un yerli bürosu xəbər verir ki, onlar bir aya yaxındır özəl klinikanın intensiv terapiya şöbəsində müalicə olunurdular.
Körpələr avqustun 20-də 28 həftədə qeysəriyyə əməliyyatı ilə dünyaya gəliblər.
Qeyd edək ki, uşaqların anası 47 yaşlı qadın sentyabrın 1-də COVID-19-dan ölüb. O, 10 il ərzində ana olmağa çalışırdı.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button