Dünya

Gürcüstanda koronavirusa sutkalıq yoluxma sayı 3 600-ü keçib

Gürcüstanda ötən sutkada daha 3 666 nəfərin koronavirusa yoluxduğu müəyyən edilib, 1 335 nəfər sağalıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.
Son 24 saat ərzində 17 yeni ölüm faktı qeydə alınıb.
Hazırkı dövrədək qonşu ölkədə COVID-19 infeksiyası 407 689 nəfərdə aşkarlanıb. Onların 376 088-i sağalıb, 5 731-i vəfat edib.
Bu günə olan aktiv xəstə sayı 25 844 nəfərdir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button