Dünya

Gürcüstanda karantin müddəti yenidən azaldılır

Gürcüstanda koronavirusun yayılmasına görə tətbiq olunan karantin müddətinin beynəlxalq təcrübəyə əsasən yenidən azaldılacağı gözlənilir.

Ölkənin Baş naziri İrakli Qaribaşvili məsələnin müzakirəsini Səhiyyə Nazirliyi və Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinə tapşırıb.

Dövlət Qurumlarıarası Koordinasiya Şurasının videokonfrans formatında keçirilən toplantısında ölkədəki epidemioloji vəziyyət müzakirə olunub. Bildirlib ki, Gürcüstanda yoluxma hallarının 95 %-i Omikron ştamının payına düşür və bu səbəbdən hospitalizasiya əhəmiyyətli dərəcədə artmayıb. Pasiyentlərin əksəriyyəti ailə həkimlərinin nəzarəti altında evdə müalicə olunur.

Qeyd edək ki, Gürcüstanda təcrid və karantin müddəti bu ilin yanvarın 17-dən 12 gündən 8-10 günə endirilib. Səkkiz gün xəstəliyi simptomsuz keçirənlər, 10 gün isə orta və ağır simptomların olduğu hallar üçün nəzərdə tutulub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button