Cəmiyyət

Gürcüstanda həbsdə saxlanılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb 

Hazırda Gürcüstan həbsxanalarında olan Azərbaycan vətəndaşlarının sayı 101 nəfər təşkil edir.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin sentyabr ayı üzrə hesabatında bildirilib.
Sənədə əsasən, aylıq müqayisədə Azərbaycan vətəndaşlarının sayı 1 nəfər artıb. Onların 11-i ittiham olunan, 87-si isə 3-ü yeniyetmə olmaqla məhkumdur.
Gürcüstanda probasiya nəzarətində isə 26-sı kişi, 4-ü qadın olmaqla 30 nəfər Azərbaycan vətəndaşı saxlanılır. Aylıq müqayisədə onların sayı 2 nəfər artıb.
Qonşu ölkənin həbsxanalarında saxlanılan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin ümumi sayı 555 nəfər təşkil edir, 246 nəfər xarici ölkə vətəndaşı isə probasiya nəzarətindədir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button