Dünya

Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

Gürcüstanda həbs cəzası çəkən Azərbaycan vətəndaşlarının sayı 100 nəfər təşkil edir.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin avqust ayı üzrə hesabatında bildirilib.
Sənədə əsasən, aylıq müqayisədə Azərbaycan vətəndaşlarının sayı 1 nəfər artıb. Onların 11-i ittiham olunan, 89-u isə 2-si yeniyetmə olmaqla məhkumdur.
Gürcüstanda probasiya nəzarətində isə 28 nəfər Azərbaycan vətəndaşı var. Onların 25-i kişi, 3-ü isə qadındır. Aylıq müqayisədə onların sayı 1 nəfər artıb.
Qonşu ölkənin həbsxanalarında ümumilikdə 546 nəfər əcnəbi və vətəndaşlığı olmayan şəxslər saxlanılır, 234 nəfər xarici ölkə vətəndaşı isə probasiya nəzarətindədir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button