Dünya

Gürcüstanda dövlət bayraqları endirilib |

Bu gün Suxumi şəhərinin süqutunun 28-ci ildönümü tamam olur.
“Report”un yerli bürosu xəbər verir ki, Abxaziya müharibəsində həlak olanlarının xatirəsinə ehtiram əlaməti olaraq Gürcüstanda bütün inzibati binalarda dövlət bayraqları endirilib.
Qeyd edək ki, Abxaziyada hərbi qarşıdurma 1993-cü il avqustun 14-də başlayıb. 13 ay 13 gün davam edən münaqişədə 12 mindən çox insan həlak olub, 300 min nəfər, əsasən də etnik gürcülər qaçqın və məcburi köçkünə çevrilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button