Dünya

Gürcüstanda daha bir məhdudiyyət yumşaldılıb

Gürcüstanda kafe və restoranların saat 23:00-a qədər fəaliyyət göstərməsinə icazə verilib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qərarı Gürcüstanın Dövlət Qurumlarıarası Koordinasiya Şurası qəbul edib.
Qərar sabahdan qüvvəyə minəcək.
Qeyd edək ki, qonşu ölkədə koronavirusa yoluxma hallarının artması səbəbindən avqustun 25-dən qida obyektləri saat 22:00-dək müştəri qəbul edə bilirdi.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button