Dünya

Gürcüstanda daha 1 942 nəfərdə koronavirus aşkarlanıb, 46 nəfər ölüb

Gürcüstanda son sutkada daha 1 942 nəfərdə koronavirus aşkarlanıb, 46 pasiyent vəfat edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.
Bununla da qonşu ölkədə hazırkı dövrədək COVID-19-a yoluxanların sayı 694 182-yə, ölənlərin sayı isə 9 788-ə çatıb.
Ötən 24 saat ərzində 4 650, ümumilikdə isə 635 611 nəfər müalicə olunaraq sağalıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button