Dünya

Gürcüstanda azərbaycanlı ailənin həyətinə qumbaralar atılıb

Gürcüstanda Laqodexi bələdiyyəsinin azərbaycanlılar yaşayan Qabal kəndində Məmmədovlar ailəsinin yaşayış evinin həyətinə iki əl qumbarası atılıb.
“Report”un yerli bürosu xəbər verir ki, hadisə zamanı həyətdəki avtomobilə ziyan dəyib.
İlkin məlumatlara əsasən, xəsarət alan olmayıb.
Hadisəyə kənd bazarında payla bağlı mübahisənin səbəb olduğu bildirilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button