Dünya

Gürcüstanda Azərbaycanın Müstəqilliyinin Bərpası Günü ilə bağlı marafon başa çatıb, qaliblər mükafatlandırılıb

Gürcüstanda 18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün 30-cu ildönümü münasibətilə Tbilisi və Rustavi şəhərləri arasında keçirilən marafon başa çatıb.
“Report”un yerli bürosu xəbər verir ki, Rustavidə Heydər Əliyev adına parkda yarış qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Səkkiz ölkədən olan vətəndaşların qatıldığı marafonda kişi və qadın katerqoriyalarında ilk üç yeri tutan iştirakçılara pul mükafatı və kuboklar təqdim olunub. Finişə çatan marafonun hər bir iştirakçısı sertifikatlarla təltif ediliblər. Marafonun ən yaşlı qadın və kişi iştirakçısına da hədiyyələr verilib.
Tədbirdə çıxış edən Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev marafonçulara yarışa qatıldıqlarını görə təşəkkür edib. O, hər bir iştirakçının qalib olduğunu deyib.
Diplomat qeyd edib ki, dövlət bayramına həsr olunan konsert proqramı planlaşdırılsa da, oktyabrın 8-də Batumidə baş vermiş faciə qurbanlarının xatirəsinə ehtiram olaraq ləğv olunub.
Mərasim çərçivəsində parkda Azərbaycan mədəniyyətinə xas nümunələr sərgilənib, milli mətbəx təamları hazırlanıb, əyləncəli idman yarışları təşkil olunub.
Tədbirdə Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya, Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan və digər rəsmi şəxslər iştirak edib.
13:28
Gürcüstanda 18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün 30-cu ildönümü münasibətilə keçirilən marafonun qadın iştirakçıları arasında da qalib məlum olub.
“Report”un yerli bürosu xəbər verir ki, Ketevan Samsonadze qaçış məsafəsini qadınlar arasında ilk qət edib.
O, qadın yarışçılar arasında birinci yeri tutduğundan sevinc hissi keçirdiyini deyib. Marafonçu dost Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib və yarış təşkilatçılarına təşəkkürünü bildirib.
Yarış iştirakçılarının hamısı finiş xəttini keçəndən sonra Rustavidə Heydər Əliyev adına parkda qaliblərin mükafatlandırılması mərasimi keçiriləcək.
Xatırladaq ki, 30 kilometrlik məsafəli Tbilisi-Rustavi marafonuna yerli vaxtla saat 10:05-də Heydər Əliyev adına parkın yaxınlığından start verilib. Qaçışa 300-ə yaxın iştirakçı qatılıb. 
11:52
Gürcüstanda 18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün 30-cu ildönümünə həsr olunan marafonun kişi iştirakçıları arasında qalib məlumdur.
“Report”un yerli bürosu xəbər verir ki, finiş xəttini kişi kateqoriyasında ilk keçən marafonçu David Xarazişvili olub.
O, jurnalistlərə müsahibəsində Azərbaycan dövləti və xalqını Müstəqilliyin Bərpası Günü münasibətilə təbrik edib. Yarışçı marafonda iştirakdan məmnunluq ifadə edib, Azərbaycanın Gürcüstandakı səfirliyi və digər təşkilatçılara minnətdarlığını bildirib. 
10:07
Gürcüstanda 18 Oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Gününün 30-cu ildönümünə həsr olunan Tbilisi və Rustavi şəhərləri arasında marafona start verilib.
“Report”un yerli bürosu xəbər verir ki, Tbilisidəki Heydər Əliyev adında parkdan başlayan marafonun məsafəsi 30 kilometr təşkil edir.
Yarışa 300-ə yaxın iştirakçı qatılıb. Rustavi şəhərindəki Heydər Əliyev adına parkın yaxınlığındakı finiş xəttini keçən kişi və qadın kateqoriyası üzrə ilk üç yeri tutacaq marafonçular medal, diplom və müxtəlif hədiyyələrlə, həmçinin finişə çatan digər yarış iştirakçıları da sertifikatlarla təltif olunacaqlar.
Marafon Azərbaycanın Gürcüstandakı səfirliyi, Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin (SOCAR) Gürcüstandakı nümayəndəliyi, Azərbaycanlı İş Adamları Assosiasiyası (AZEBI) və Mirzə Fətəli Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button