Dünya

Gürcüstana “Johnson&Johnson” vaksininin çatdırılması dayandırılıb

“Təəssüflər olsun ki, bəzi səbəblərə görə “Johnson&Johnson” peyvəndinin Gürcüstana gətirilməsi dayandırılıb”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze deyib.
Onun sözlərinə görə, hazırda ölkədə koronavirusa qarşı yalnız üç peyvənd – “Pfizer”, “Sinopharm” və “Sinovac” istifadə olunur.
Qeyd edək ki, ötən ay Gürcüstanın “Johnson&Johnson” peyvəndinin alınması ilə bağlı danışıqlar apardığı bildirilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button