Dünya

Gürcüstana 100 min doza “Sinopharm” təqdim olunub

Gürcüstan koronavirus əleyhinə Çin istehsalı olan 100 min doza “Sinopharm” peyvəndi əldə edib.
“Report”un yerli bürosu xəbər verir ki, preparatlar Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən hədiyyə kimi təqdim olunub.
Qonşu ölkədə “Sinopharm” əhali arasında ən çox vurdurulan peyvənddir.
Qeyd edək ki, Gürcüstan 100 min dozadan ibarət “Sinopharm” vaksininin ilk partiyasını aprel ayında tədarük edib.
Qonşu ölkədə COVID-19 əleyhinə peyvəndlənməyə martın 15-dən başlanılıb, iyulun 5-dən kütləvi xarakter alıb. Sentyabrın 11-nə olan məlumata əsasən, qonşu ölkədə 577 162 nəfər tam vaksinasiya kursunu keçib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button