İdman

Gürcüstan yığmasına ilk dəfə azərbaycanlı güləşçi vəsiqə qazanıb

Rustavi şəhərində 23 yaşadək güləşçilər arasında keçirilən Gürcüstan çempionatının mükafatçılarından biri azərbaycanlı soydaşımız olub.

“Report”un yerli bürosu xəbər verir ki, Marneuli sakini Rəşad Orucov 55 kiloqram çəki dərəcəsində bürünc medal əldə edib.

Rayonun “Olimp” idman məktəbinin yetirməsi olan Orucov bu nəticə ilə Gürcüstanın yunan-Roma güləşi üzrə milli komandasına vəsiqə qazanıb. O, qonşu ölkə yığmasının heyətində təmsil olunacaq ilk azərbaycanlıdır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button