Dünya

Gürcüstan XİN: “Ukrayna ilə Saakaşvilinin ekstradisiyası üzrə danışıqlar aparılmır”

Mixeil Saakaşvilinin Ukraynaya ekstradisiyası ilə bağlı danışıqlar olmayıb və hazırda da aparılmır.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.
XİN məsələnin diplomatik kanallarla Ukrayna tərəfi ilə müzakirə olunması barədə informasiyanı təsdiqləmədiyini bəyan edib.
Qeyd edək ki, bu gün Gürcüstanın keçmiş prezidentinə baş çəkən ukraynalı deputat Aleksandr Kovalçuk siyasətçinin Ukraynaya təhvil verilməsinə hazırlığın getdiyini bildirib.
M.Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, Rustavi şəhərində 12 saylı həbsxanada saxlanılır və artıq 29-cu gündür aclıq aksiyası keçirir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button