Dünya

Gürcüstan vasitəsilə Rusiyaya yük daşımalarında ləngimələr yaranıb

Gürcüstan-Rusiya sərhədindəki “Lars” gömrük-keçid məntəqəsində malların idxal-ixrac, həmçinin sərhədi keçən şəxslərlə bağlı prosedurlarda ləngimələr yaranıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin Gəlirlər Xidməti məlumat yayıb.
Bildirilib ki, buna səbəb Rusiya tərəfində məntəqədə aparılan təmir-bərpa işləridir.
“Rusiya tərəfində reabilitasiya işləri başa çatandan sonra “Kazbeqi” gömrük məntəqəsi adi rejimdə fəaliyyət göstərəcək. Buna müvafiq olaraq, sərnişinlər və yüklər fasiləsiz idarə olunacaq. Qeyd olunan səbəbə görə Rusiya tərəfi beynəlxalq yüklərin fasiləsiz axınını qəbul edə bilmir”, – məlumatda deyilir.
Xidmətdən qeyd olunub ki, “Kazbeqi” gömrük məntəqəsi 24 saat rejimində fəaliyyət göstərir və sutka ərzində mindən çox yük maşınına xidmət edir: “Yaranmış vəziyyətlə bağlı Gəlirlər Xidməti, İqtisadiyyat Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyi və digər dövlət qurumları ilə birgə qonşu ölkələrdən Rusiyaya və Mərkəzi Asiyaya yük daşıyan avtomobillərin növbələrinin qarşısını almaq üçün fəal iş aparır”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button