Dünya

“Gürcüstan və Moldovanın NATO-nun dəstəyinə ehtiyacı var” – Baş katib

“Rusiyanın Ukraynaya amansız müdaxiləsi Gürcüstan və Moldova kimi ölkələrin NATO-nun dəstəyinə ehtiyacı olduğunu göstərir”.

“Report”un yerli bürosu xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq Avropa Parlamentinin rəhbərləri ilə görüşdən sonra deyib.

Onun sözlərinə görə, dəstəyə həm praktiki, həm də siyasi dəstək daxildir: “Gürcüstan çox dəyərli tərəfdaşdır, həmçinin Avropa İttifaqı ilə sıx əməkdaşlıq edir. Biz Şərqi Avropadakı tərəfdaşlarımızla daha da sıx əməkdaşlıq üçün yollar axtarırıq”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button