Dünya

Gürcüstan MSK: “Seçici fəallığı 49,1 % olub”

Gürcüstanda yerli özünüidarəetmə orqanlarına bu gün keçirilmiş seçkilərin ikinci mərhələsində seçici fəallığı 49,09 % təşkil edib.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin Mərkəzi Seçki Komissiyasından bildirilib.
Məlumata əsasən, Gürcüstan üzrə 1 025 406 seçici səsvermə hüququndan istifadə edib.
Tbilisidə isə seçicilərin fəallığı 47,7 % olub.
Qeyd edək ki, seçkilərin ilk turu oktyabrın 2-də baş tutub və seçici fəallığı 51,92 %-ə bərabər olub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button