Dünya

“Gürcüstan Hava Yolları” təkzib edir: “Müflis olmamışıq”

“Gürcüstan Hava Yolları” şirkəti müflis olmayıb”. Bu barədə şirkətin yaydığı bəyanatda bildirilib. Qeyd olunub ki, müxtəlif mətbuat orqanlarında aviaşirkətin bankrot olmasına dair yer alan məlumatlar həqiqətə uyğun deyil.

“Gürcüstan Hava Yolları” reabilitasiya mərhələsindədir. Bu, o deməkdir ki, aviaşirkət fəaliyyətini davam etdirir və müntəzəm reyslər yerinə yetirir. Hazırkı mərhələdə Tel-Əviv, Amsterdam və Vyanaya kommersiya uçuşları həyata keçirilir. Digər istiqamətlərə uçuşların bərpası və başqa məlumatlar şirkətin rəsmi internet səhifəsində və sosial media hesablarında yerləşdiriləcək”, – sənəddə deyilir.

Aviaşirkət dezinformasiya yaymaqdan çəkinməyə və hər hansı bir məlumatı əvvəlcə onlarla dəqiqləşdirməyə çağırış edib.

Xatırladaq ki, ötən ay qonşu ölkənin flaqman aviaşirkətinin koronavirus pandemiyası səbəbindən bankrot olması barədə informasiyalar yayılıb. Daha sonra “Georgia Business Brokerage” broker şirkətinin rəhbəri Roman Bokeriya özəl “Gürcüstan Hava Yolları”nın 150 milyon ABŞ dollarına satışa çıxarıldığını bildirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button