Dünya

Gürcüstan azərbaycanlılarının soyadları ilə bağlı toplanan imzalar parlamentə təqdim olunub

Gürcüstanda yaşayan azərbaycanlıların soyadlarından “ov” və “yev” sonluqlarının götürülməsi ilə bağlı imzatoplama kampaniyasına yekun vurulub.
“Report”un yerli bürosu xəbər verir ki, təşəbbüs qrupunun üzvləri toplanan 27 minə yaxın imzanı ölkə parlamentinə təqdim edib.
Kampaniya 45 gün ərzində Tbilisi şəhəri və Acarıstan bölgəsi də daxil olmaqla soydaşlarımızın sıx yaşadıqları rayonlarda aparılıb.
Qeyd edək ki, qanunverici orqanda müvafiq qanun layihəsi hazırlanır. Qanunun qəbulu ilə soydaşlarımız tarixi və mədəni ənənələrinə uyğun olan soyadlarını qaytara biləcəklər.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button