Dünya

Gürcüstan azərbaycanlıları Mixeil Saakaşviliyə qeyri-adi dəstək aksiyası keçiriblər

Gürcüstanın Saqareco rayonunun Muğanlı kəndinin bir qrup sakini sabiq prezident Mixeil Saakaşvilinin saxlanıldığı Rustavi türməsinin qarşısında keçmiş prezidentə dəstək aksiyası keçiriblər.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə yerli mətbuat yazıb.
Etnik azərbaycanlılar aksiyaya kənd sakinlərindən toplanan məhsulları və eks-prezidentin adına kəsilmiş quzu da gətiriblər. Soydaşlarımız sabiq dövlət başçısını aclığı dayandırmağa çağırıblar.
Muğanlı sakinləri bildiriblər ki, M.Saakaşvili Gürcüstanın gələcəyidir. Onların sözlərinə görə, üçüncü prezidentin hakimiyyəti dövründə bütün vətəndaşlar bərabər idilər.
Aksiyanın sonunda “Yaşasın Mixeil Saakaşvili!” şüarı səsləndirilib.
Kənd sakinləri ərzaq məhsullarını həbsxana yaxınlığında bir həftədən çoxdur çadır quran və sabiq dövlət başçısının azadlığını tələb edən Batumi sakini Tariel Mekeidzeyə təqdim ediblər. O bildirib ki, həbsxana rəhbərliyinin icazəsi ilə quzunu məhbuslara çatdıracaq.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button