Dünya

Gürcüstan Ədliyyə Nazirliyi: Saakaşvili həbsxana nizamnaməsini pozub

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili dünən etirazçıları həbsxana pəncərəsindən salamladığı üçün cəzaçəkmə müəssisəsinin nizamnaməsini pozub.
“Report” xəbər verir ki, bu barədə Gürcüstan Ədliyyə Nazirliyinin Xüsusi Penitensiar Xidmətinin məlumatında ​​deyilir.
“Bu gün Mixeil Saakaşvili duş qəbul etməyi xahiş etdi. Həbsxana işçiləri onu duş otağına apardılar. Onların duş otağına girməsi qadağan olunduğu üçün məhkumu dəhlizdə gözləyiblər. Saakaşvili isə bundan istifadə edərək duş otağının pəncərəsindən qurum qarşısında toplanan insanlara müraciət ünvanlayıb. Bununla da daxili nizamnaməni pozub”, – məlumatda qeyd edilir.
Həbsxana əməkdaşları pozuntunun qarşısını dərhal alıblar. Xüsusi Penitensiar Xidməti siyasətçiyə buna görə hansı cəzanın veriləcəyini açıqlamayıb.
Qeyd edək ki, Mixeil Saakaşvili oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki 12 saylı cəzaçəkmə müəssisəsinə yerləşdirilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button