İdman

Gürcü paralimpiyaçı hotel işçisinə hücuma görə akkreditasiyadan məhrum edilib

Hotel əməkdaşına qarşı hücuma görə Tokio polisi tərəfindən saxlanılan Gürcüstanın cüdo üzrə paralimpiya komandasının üzvü Zviad Qoqoçurinin oyunlara akkreditasiyası ləğv edilib.
APA xəbər verir ki, bu barədə “Tokio-2020” təşkilat komitəsi məlumat yayıb.
Bildirilir ki, Gürcüstan millisinin digər üzvlərinə də gələcəkdə oxşar hadisələrə yol verilməməsi barədə xəbərdarlıq edilib.
Tokio polisi idmançını bu həftənin əvvəlində saxlayıb. Qoqoçuri hotelin təhlükəsizlik xidməti əməkdaşını itələyib və ona ağır xəsarət yetirib. “Kyodo” agentliyinin verdiyi məlumata görə, paralimpiyaçı həmin vaxt sərxoş olub.
Z.Qoqoçuri 2016-cı ildə Rio-de-Janeyroda keçirilən Yay Paralimpiya Oyunlarında 90 kq çəki dərəcəsində qızıl medal qazanıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button