Mədəniyyət

Gürcü müğənni: “Şuşaya həyatın qayıtdığını görmək çox sevindiricidir”

“Azad olunmuş Şuşaya həyatın qayıtdığını görmək çox sevindiricidir”.

Bunu “Report”a Gürcüstan mədəniyyət xadimləri, alimləri, blogerləri ilə Şuşaya gələn müğənni Giorgi Naniaşvili bildirib.

“Şəhərdən aldığım təəssürat çox fərqlidir. Buradakı dağıntıları görsək də, şəhərdə aparılan bərpa və quruculuq işlərinə, Şuşaya həyatın qayıtmasına şahid olmaq çox sevindiricidir” – qonaq qeyd edib.

“Azərbaycana səfərimizin üçüncü günüdür. Mədəniyyətinizlə daha yaxından tanış olmağa şadıq. Bizi çox mehriban qarşılayırlar” – deyən müğənni Azərbaycana, Gürcüstana, ümumiyyətlə bütün ölkələrə sülh və əmin-amanlıq arzu etdiyini də nəzərə çatdırıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button