İqtisadiyyat

Gündəlik qlobal neft tədarükü sentyabrda 260 min barel azalıb

Bu ilin sentyabr ayında gündəlik qlobal neft tədarükü 260 min barel azalaraq 96 mln. barelə düşüb.
“APA-Economics”in məlumatına görə, bu barədə Beynəlxalq Enerji Agentliyinin (IEA) aylıq hesabatında deyilir.
İstehsalın azalması ABŞ-da “İda” qasırğasının daha ciddi ziyan vurması, həmçinin Kanada və Norveçdə texniki xidmət göstərilməsi səbəbindən istehsalın azalması və bioyanacaq istehsalının mövsümi azalması ilə əlaqədardır.
Hesabatda qeyd olunur ki, sentyabr ayından cari ilin sonunadək gündəlik qlobal neft hasilatı 2,7 mln. barel artacağı gözlənilir, bunun da 1,5 mln. bareli “OPEC+”ın, qalanı isə “OPEC+”a daxil olmayan ölkələrin payına düşəcək.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button