İdman

Güləşçimiz erməniyə qalib gələrək yarımfinala yüksəldi

Bu gün Azərbaycanın 4 yunan-Roma güləşçisi Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında mübarizə mübarizəyə başlayıb.

Qol.az xəbər verir ki, 77 kq-da çıxış edən Sənan Süleymanov 1/8 finalda İlye Kojokariyə (Rumıniya) qalib gəlib. Onun növbəti rəqibi Malkhas Amoyan (Ermənistan) olacaq.

87 kq-da yarışan İslam Abbasov 1/8 finalda Matey Mandiçi (Xorvatiya) məğlub edərək, Zurab Datunaşviliyə (Serbiya) rəqib olub.

Beka Kandelaki (130 kq) isə təsnifat mərhələsində Mixaylo Vişnivetskini (Ukrayna) mübarizədən kənarlaşdırıb. 1/4 finalda erməni David Ovasapyanla qarşılaşan idmançı inamlı qələbə qazanıb – 5:1. Kandelaki yarımfinalda Rza Kayaalpla (Türkiyə) görüşəcək.

63 kq çəki dərəcəsindəki Taleh Məmmədov ilk görüşdə Ahmet Uyara (Türkiyə) eyni hesabla qalib gələrək, adını yarımfinala yazdırıb. Məmmədovun bu raunddakı rəqibi Hraçya Poqosyan (Ermənitsan) olacaq.

Mübarizəyə 1/4 finaldan start verəcək Eldəniz Əzizli (55 kq) Denis Mihay (Rumıniya) – Sebastyan Kolompar (Serbiya) görüşünün qalibi ilə,qarşılaşacaq.

Qeyd edək ki, qitə birinciliyinə aprelin 3-də yekun vurulacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button