İdman

Güləşçimiz dünya çempionatında bürünc medal qazanıb

Azərbaycanın sərbəst güləşçisi Osman Nurməhəmmədov Norveçin paytaxtı Osloda keçirilən dünya çempionatında üçüncü olub.

Azərbaycan Güləş Federasiyasından Trend-ə bildirilib ki, yarışda 92 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz dünya çempionatına inamlı start verib. Millimizin üzvü cəmi 45 saniyə ərzində Hindistan təmsilçisinə tam üstünlüklə qalib gəlib. O.Nurməhəmmədov Avropa ikincisi olmuş Polşa güləşçisini də məyus edərək yarımfinala yüksəlib. Rusiya idmançısına məğlub olan təmsilçimiz Belarus təmsilçisinə qalib gələrək bürünc medal qazanıb.

Qeyd edək ki, Azərbaycanın sərbəst güləşçilərindən Abubakr Abakarov (86 kq) da bürünc medala sahib olub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button