Cəmiyyət

Güclü külək və yağış Daşkəsəndə bir sıra fəsadlar törədib

Gecə saatlarında yaranan kəskin hava şəraiti ilə əlaqədar Daşkəsən rayonunda bəzi fəsadlar yaranıb.

“Report”un Qərb bürosunun məlumatına görə, gecə saatlarında rayon ərazisində, əsasən də Daşkəsən şəhərində güclü külək əsib, yağış yağıb.

İldırımlarla müşahidə olunan yağıntılı hava rayonun elektrik təsərrüfatına ziyan vurub.

Naqillərda baş verən qısaqapanmalar nəticəsində rayonun əksər yaşayış məntəqələrinə elektrik enerjisinin verilişi dayandırılıb. Bir neçə evlərin dam örtüyünə zərər dəyib.

Hazırda rayon ərazisində güclü külək və ildırımla müşahidə olunan yağışlı hava şəraiti davam edir.

Qeyd edək ki, Gəncə şəhərində də küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button