Gündəm

Güclü külək nəticəsində 11 nəfər xəsarət alıb – 10 avtomobil əzilib

Bakıda dünən axşamdan başlayan güclü küləyin fəsadları nəticəsində 11 nəfər xəsarət alıb.

Bu barədə virtualaz.org-a Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından bildirilib.

 

Xəsarət alanlardan 5 kişi, 6-sı qadındır. Onlardan 9-u xəstəxanalara yerləşdirilib.

Bakı şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı Birliyindən isə virtualaz.org-a bildiriblər ki, güclü külək nəticəsində dünən axşamdan indiyədək 93 ağac aşıb, irigövdəli budaq qırılıb. Nəticədə 10 avtomobilə zərər dəyib. Birliyin əməkdaşları gecə saatlarından küləyin fəsadlarının aradan qaldırılması üçün yerlərdə tədbirlər həyata keçirirlər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button