CəmiyyətManşet

Güclü külək Gəncənin Qala divarı üzərindəki gerbini aşırıb

Bir neçə gün əvvəl əsən güclü külək Gəncənin Qala divarı üzərində olan gerbini aşırıb.

APA-nın yerli bürosunun xəbərinə görə, artıq bir neçə gündür gerb aşmış vəziyyətdədir.

Gəncə Dövlət Tarix Mədəniyyət Qoruğundan APA-ya bildirilib ki, hadisə martın 20-də axşam saatlarında baş verib. Güclü külək nəticəsində Qala divarların üzərində yerləşən gerbin aşması barədə dərhal aidiyyatı qurumlara məlumat verilib.

Qoruğun direktoru Cumalik Rəhimov APA-ya bildirib ki, hadisə baş verən gün dərhal əraziyə baxış keçirilib və gerb bərpa olunacaq. Onun sözlərinə görə, gerbin bərpası prosesi bir neçə günə yekunlaşacaq.

Qeyd edək ki, Gəncədə bir neçə gündür davam edən külək 10-dan çox evdə və binada fəsadlar yaradıb. Həmçinin Nizami Gəncəvi prospektində binanın üzərinə çəkilmiş üzlük daşlarının aşması nəticəsində iki nəfər xəsarət alıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button