Gündəm

Güclü külək Gəncədə bir sıra fəsadlar törətdi

Gəncə şəhərində səhər saatlarından başlayan güclü külək bir sıra fəsadlar yaradıb. Belə ki, bir neçə yaşayış və inzibati binanın dam örtüyü dağılıb, bəzi küçə və prospektlərdə 10-a yaxın ağac kökündən qopub, bəzilərinin isə budaqları sınıb.

Külək şəhərin Nizami Gəncəvi prospektində yerləşən evin üz daşlarını qoparıb. Daşlar yaxınlıqda olan biri azyaşlı olmaqla iki nəfərə dəyib. Nəticədə hər iki şəxs xəsarət alıb və onlar xəstəxanaya aparılıblar.

Külək həmçinin elektrik dirəklərini aşırıb, naqilləri sındırıb və bu səbəbdən həmin ərazilərdə elektrik enerjisinin verilməsində fasilə yaranıb.

Aidiyyəti qurumlar tərəfindən yaranmış fəsadların aradan qaldırması istiqamətində işlər aparılır. Hazırda şəhər və yaxın rayonların ərazisində küləkli hava şəraiti davam edir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button