Cəmiyyət

Güclü külək Bakıda məktəbin dam örtüyünü zədələyib

“Hava şəraitinin kəskin dəyişməsi və güclü külək nəticəsində paytaxtdakı 278 nömrəli tam orta məktəbin dam örtüyü zədələnib”.

Bu barədə “Report”un sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən bildirilib.

Qeyd olunub ki, dam örtüyündə fəsadların yaranması barədə aidiyyəti qurumlara məlumat verilib: “Hava şəraiti imkan verən kimi küləyin törətdiyi fəsadların aradan qaldırılması təmin ediləcək. Hava şəraiti ilə əlaqədar paytaxtın digər məktəblərində hər hansı ciddi hadisə baş verməyib”.

Məlumat üçün bildirək ki, 278 nömrəli tam orta məktəb sonuncu dəfə 2008-ci ildə təmir olunub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button