Siyasət

Güc strukturlarında maaşlar artır – sərəncam

Azərbaycanda güc strukturları əməkdaşlarının maaşları artırılır. Müvafiq fərmanları prezident İlham Əliyev imzalayıb.

Fərmanlara əsasən Müdafiə Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidmətinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin, Xarici Kəşfiyyat Xidmətinin, Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin və Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin həqiqi hərbi xidmət hərbi qulluqçularının aylıq pul təminatı və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşları 20 faiz artırılır.

Eyni zamanda Daxili İşlər Nazirliyinin və Dövlət Gömrük Komitəsinin xüsusi rütbəsi olan əməkdaşlarının aylıq pul təminatı və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə maaşları eyni dərəcədə artırılır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button