Mədəniyyət

“Grammy” mükafatının qalibləri elan olunub

“Silc Sonic” rep dueti tərəfindən ifa edilən “Leave The Door Open” kompozisiyası “İlin mahnısı” nominasiyası üzrə nüfuzlu “Grammy” musiqi mükafatına layiq görülüb.

“Report” xəbər verir ki, bu barədə CBS kanalının yayımladığı təqdimat mərasimində məlumat verilib.

Koronavirus pandemiyasının başlanmasından ilk dəfə “Grammy” mükafatları tam formatda keçirilib. Namizədlər hələ 23 noyabr 2021-ci ildə elan edilib.

“Ən yaxşı yeni ifaçı” nominasiyasında amerikalı müğənni Oliviya Rodriqo qalib olub. Müğənninin mərasimin əvvəlində ifa etdiyi “Drivers License” mahnısı ən yaxşı pop mahnısı kimi tanınıb.

Ən yaxşı “pop albom” mükafatına Ledi Qaqa və Toni Bennetin “ Love for Sale” mahnısı layiq görülüb.

Ən yaxşı rok ifası kateqoriyası üzrə mükafatı “Foo Fighters” qrupunun “Making A Fire”, ən yaxşı rok kompozisiyasını “Foo Fighters”in “Waiting On A War”, ən yaxşı rok albomunu isə Medicine At Midnight qazanıb.

Bundan əlavə, “Dream Theatre” qrupu “The Alien”, H.E.R. “Fight For You” kompozisiyasına, “Lucky Daye” “Table For Two” (Ən yaxşı R&B albomu) albomlarına görə mükafatlar qazanıblar.

Bu il ilk dəfə olaraq təşkilatçılar 64-cü “Grammy” mükafatlandırma mərasimini Las-Veqasda (ABŞ, Nevada) “MGM Grand Garden Arena”da keçirmək qərarına gəliblər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button