Siyasət

“Gözünün içinə qədər yalan deyir. Quldurbaşının böyüyü özüdür”

Erməni işğalına qədərki Şuşanın simvollarından biri də ana dilimizin böyük ustadı, məhəbbət və gözəllik şairi Vaqifin əzəmətli məqbərəsi idi. 

Savash.org xəbər verir ki, bu haqda social şəbəkədə Azərbaycanın keçmiş xarici işlər naziri, Hazırda ölkəmizin Macarıstandakı səfiri Vilayət Quliyev paylaşım edib. O, bildirib ki, məqbərənin tikintisi 1982-ci ildə başa çatmışdı. 1983-cü ilin yanvarında respublika rəhbəri H.Ə.Əliyevin iştirakı ilə təntənəli açılışı olmuşdu. Hər il burada ənənəvi Vaqif poeziya günləri keçirilirdi.

“2001-ci ildə Strasburqda Prezident Heydər Əliyevin Köçəryanla görüşünün rəsmi hissəsindən sonra aralarında belə bir söhbət oldu:

“-По моей инициативе в Шуше над могилой Вагифа был построен мавзолей. Вагиф наш великий поэт. Был визиром, т.е. министром Карабахского ханства. Что с этим мавзолеем? Тоже разрушили?

-Пока мы опомнились, растащили алюминовые конструкции, мраморные блоки, а остов сохраняется.

-Надеюсь, вы руку не приложили?

-Что вы, Гейдар Алиевич…»

(«Mənim təşəbbüsümlə Şuşada Vaqifin məzarı üzərində məqbərə tikilmişdi. Vaqif bizim böyük şairimizdir, Qarabağ xanlığının vəziri olub. Məqbərə nə vəziyyətdədir? Onu da dağıtmısınız?

-Başımız açılana qədər bütün alüminium hissələrini, mərmər üzlükləri söküb aparmışdılar. Karkası isə durur.

-Ümidvaram ki, bu işdə sənin əlin olmayıb…

-Nə danışırsınız, Heydər Əliyeviç…”)

Prezidentin sifətindəki ifadədən qarşısında dayanan bu məxluqdan iyrəndiyi açıq-aşkar oxunurdu.

Erməni heyəti aralanandan sonra mərhum Prezident heç kəsə müraciət etmədən sanki öz-özü ilə danışırmış kimi: “Gözünün içinə qədər yalan deyir. Quldurbaşının böyüyü özüdür” – dedi.

Ümidvaram ki, Vaqifin məqbərəsi yenidən əvvəlki gözəlliyinə qayıdacaq…”



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button