Cəmiyyət

Göygöldə karantini pozan obyektin sahibi məsuliyyətə cəlb olunub

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə rayon ərazisində təşkil olunan toy mərasimi zamanı karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan “Report”a verilən məlumata görə, aparılan yoxlamalar zamanı rayon ərazisində fəaliyyət göstərən “Muraz” şadlıq sarayında təşkil edilən toy mərasimi ilə bağlı məlumatların “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirilməməsi müəyyən olunub.
Həmin obyektin sahibi İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən 4000 manat məbləğində cərimə olunub.
Bundan başqa keçirilən monitorinqlər zamanı, rayon ərazisindəki “Flaminqo” restoranının karantin rejim qaydalarına zidd olaraq gecə saatlarında fəaliyyət göstərməsi məlum olub. Obyekt sahibi ilə inzibati məsuliyyətə cəlb olunub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button