Cəmiyyət

Göygöldə it döyüşləri təşkil edən şəxslər saxlanılıb

“Bir neçə gün əvvəl sosial şəbəkələrdə naməlum şəxslər tərəfindən it döyüşlərinin təşkil edildiyini əks etdirən videogörüntülər paylaşılıb. Bununla bağlı məsələ dərhal Daxili İşlər Nazirliyi tərəfindən nəzarətə götürülüb və araşdırılması üçün müvafiq göstərişlər verilib”.
Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib.
Qeyd edilib ki, polis əməkdaşlarının qısa zamanda həyata keçirdikləri təxirəsalınmaz tədbirlər nəticəsində həmin videogörüntülərin Göygöl rayonunda qeydə alındığı müəyyən edilib: “Tədbir zamanı həmin it döyüşləri təşkil edən Gəncə şəhər sakini Rəşad Ələsgərov, eləcə də digər 4 nəfər – Hüseyn Mirzəyev, Vasif Ələsgərov, Hüseyn Məmmədov və Yasin Qarayev saxlanılıblar. Həmin şəxslər izahatlarında Göygöl rayonu ərazisində qeyd edilən döyüşləri təşkil etdiklərini və orada iştirak etmək üçün hər bir itin sahibindən 200 manat pul aldıqlarını bildiriblər”.
“Qeyd edək ki, saxlanılan şəxslərin etdikləri əmələ hüquqi qiymət veriməsi üçün onlar barəsində toplanan materiallar məhkəmə orqanlarına göndəriləcək. Həmin it yarışında iştirak edən digərlərinin şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər davam etdirilir”, – mətbuat xidmətindən bildirilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button