Cəmiyyət

Göyçayda 42 manat borca görə tanışını öldürən sahibkara hökm oxunub

Şəki Ağır Cinayətlər Məhkəməsində Göyçayda qətl törətməkdə təqsirləndirilən Ruslan Xəlilovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
“Report”un xəbərinə görə, hakim Rafail Əliyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 12 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, 2020-ci ilin fevral ayının 2-də Göyçay rayon sakini Polad Salehovun qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılıb.
İstintaqla müəyyən edilib ki, zərərçəkmişin tanışı R.Xəlilov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək P.Salehovu qəsdən öldürüb.
R.Xəlilov Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
İttihama görə, R.Xəlilov Göyçayda fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olub, dayısına məxsus “Əsgəroğlu” adlanan mağazanı işlədib. P.Salehovun isə mağazaya 42 manat borcu olub. Mübahisə də borc üstündə baş verib. Bu zaman P.Salehov ona nalayiq ifadələr işlədib. Daha sonra R.Xəlilov mağazada istifadə etdiyi bıçaqla onu qətlə yetirib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button