Cəmiyyət

Goranboyda yol qəzasında ata ölüb, 3 övladı və həyat yoldaşı xəsarət alıb

Goranboy rayonunun Xan Qərvənd kəndində qeydə alınmış yol-nəqliyyat hadisəsi zamanı xəsarət alanların şəxsiyyəti məlum olub.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, qəza zamanı xəsarət alanlar, hadisə yerində dünyasını dəyişən 35 yaşlı Pərvin Abbasovun həyat yoldaşı, habelə övladları – 2017-ci il təvəllüdlü Abbaslı Abbas Pərvin oğlu, 2015-ci il təvəllüdlü Kamalə Abbasova, 2013-cü il təvəllüdlü Seval Abbasovadır.
Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdiriliblər. Onların vəziyyətləri kafi və orta-ağır qiymətləndirilir.
Qeyd edək ki, kənddə 3 avtomobilin iştirakı ilə yol-nəqliyyat hadisəsi olub. Toqquşmadan sonra P.Abbasov və ailəsinin olduğu avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb.
Qəzada daha 1 nəfərin də xəsarət aldığı bildirilir.
Faktla bağlı araşdırmalara başlanılıb.
09.10.2021.23:01
Goranboyda ölümlə və xəsarətlə nəticələnən ağır avtomobil qəzası olub.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə Xanqərvənd ərazisində qeydə alınıb. İlkin məlumata görə, qəza zamanı 35 yaşlı Abbasov Pərvin Rəfi oğlu ölüb. Hadisə zamanı daha bir neçə nəfər xəsarət alıb.
Yaralılar xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button