Cəmiyyət

Goranboyda avtomobillər toqquşub, biri yanıb

Goranboy rayonunda yol qəzası olub.
Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, rayonun Ağamalıoğlu kəndində “VAZ” markalı iki minik avtomobili toqquşub. Nəticədə avtomobillərdən birinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi və digər avtomobil yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button