İqtisadiyyat

“Goldman Sachs” Çinin iqtisadi artımı üzrə proqnozunu endirib

Dünyanın ən böyük investisiya banklarından biri sayılan “Goldman Sachs”ın iqtisadçıları enerji istehlakına qoyulan məhdudiyyətlər fonunda 2021-ci ildə Çinin iqtisadi artımı ilə bağlı proqnozlarını endirib.
“APA-Economics”in “Goldman Sachs”a istinadən verdiyi məlumata görə, bank mütəxəssisləri Çin iqtisadiyyatının əvvəlki ilə nisbətən 7,8% böyüyəcəyini düşünürlər. Halbuki əvvəlki proqnozda artım 8,2% təşkil edəcəyi gözlənilirdi.
Qeyd edək ki, Çinin ÜDM artımı ilə bağlı proqnozları Yaponiyanın “Nomura” bankı və “Fitch” beynəlxalq reytinq agentliyi tərəfindən də endirilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button