İqtisadiyyat

“Goldman Sachs” ABŞ iqtisadiyyatı üzrə proqnozlarını endirib

“Goldman Sachs” bankı maliyyə dəstəyinin proqnozlaşdırılan azalması və istehlak xərclərində gözləniləndən daha yavaş bir canlanma səbəbindən ABŞ iqtisadiyyatı üzrə 2021-ci il üçün artım proqnozunu 5,6%-ə, 2022-ci il üçün isə 4%-ə endirib.
“APA-Economics”in “Goldman Sachs”a istinadən verdiyi məlumata görə, bundan əvvəl bank ABŞ-da ÜDM istehsalının bu il 5,7%, gələn il isə 4,4% artacağını təxmin edirdi.
“Goldman Sachs”ın analitikləri virusun həssas istehlakçı xidmətlərinə daha uzun təsirini və yarımkeçiricilərin tədarük vəziyyətinin 2022-ci ilin ilk yarısına qədər yaxşılaşmayacağına dair gözləntilərə işarə edərək, ehtiyatların artırılmasını gələn ilədək təxirə salındığını bildirib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button