Dünya

G7 ölkələri Belarusu qanunsuz miqrasiyada günahlandırıb

Kanada, ABŞ, Fransa, Böyük Britaniya, Almaniya, İtaliya və Yaponiyadan ibarət G7 ölkələrinin xarici işlər nazirləri Belarusun Avropa İttifaqı ölkələri sərhədində qanunsuz miqrasiyaya rəvac verdiyini bildirib.

“Report” xəbər verir ki, G7 ölkələri Belarusun bu fəaliyyətini qınayaraq Polşa, Litva, Latviya ilə həmrəylik ifadə edib.

“Qarışıq taktika olaraq nizamsız miqrasiyadan təxribat məqsədilə istifadə olunmasının hədəfinə çevrilmiş Polşa, habelə Litva və Latviya ilə yekdilliklə həmrəy olduğumuzu bildiririk”, – Polşa – Belarus sərhəddində yaranmış vəziyyətə həsr olunan bəyanatda qeyd olunur.

Bununla yanaşı, ərazidəki miqrantlara yardım göstərmək üçün beynəlxalq təşkilatlara təcili və məhdudiyyətsiz şərait yaradılmasının vacibliyi diqqətə çatdırılıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button