Dünya

G20-lərin Əfqanıstan üzrə görüşünün vaxtı məlum olub

Sentyabrın 22-də Nyu-Yorkda BMT Baş Assambleyası çərçivəsində Əfqanıstandakı vəziyyətlə bağlı “Böyük iyirmilik” (G20) ölkələrinin toplantısı planlaşdırılır.
“Report” bu barədə TASS-a istinadən xəbər verir.
Hazırda görüşün formatı üzərində iş aparılır.
Qeyd edək ki, “Böyük iyirmilik” ölkələri qrupuna daxil olan dövlətlərin Əfqanıstanda baş verənlərlə bağlı sammitinin keçirilməsi təşəbbüsü ilə İtaliyanın Baş naziri Mario Draqi çıxış edib.
O, bu təşəbbüsü avqustun 19-da, “Taliban” Əfqanıstanın paytaxtı Kabili ələ keçirdikdən 4 gün sonra irəli sürüb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button