Cəmiyyət

Gəncədə şirkətdə qaynaqçı xəsarət alıb

Gəncədə şirkətdə qaynaqçı xəsarət alıb.
Bu barədə “Report”a şəhər prokurorluğundan məlumat verilib.
Bildirilib ki, 02.06.2021-ci il tarixdə Gəncə şəhər sakini Akif Eyvazovun işlədiyi yerdə xəsarət alması faktı ilə ilə bağlı Gəncə Şəhər Prokurorluğunda araşdırma aparılıb.
Araşdırmalarla müəyyən edilib ki, Akif Eyvazov qaynaqçı işlədiyi Gəncə şəhəri, Z.Hacıyev küçəsində yerləşən “SemSan” şirkətinin əlvan metallar sexində qaz-oksigen kəsicisi ilə metal balonun sobada əridilməsi prosesi zamanı əmək mühafizəsi qaydalarının pozulması səbəbindən metal balonunun partlaması nəticəsində həyat üçün təhlükəli olan və sağlamlığa ağır zərər vurmaya aid edilən “sağ bud nahiyəsinin aşağı 1/3 hissəsindən trvamatik amputasiyası” xəsarəti alıb.
Faktla bağlı şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (texniki təhlükəsizlik və əmək mühafizəsinin başqa qaydalarının pozulması) maddəsi ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə təqsirli şəxs və ya şəxslərin müəyyənləşdirilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button