Cəmiyyət

Gəncədə qadın yaşayış binasının 3-cü mərtəbəsindən yıxılıb

Gəncə şəhərində qadın yaşayış binasının 3-cü mərtəbəsindən yıxılaraq ağır xəsarət alıb.
“Report”un Qərb Mərkəzinin məlumatına görə, hadisə 4-cü mikrorayon bina 21 ünvanında baş verib.
Göygöl rayon sakini, 1987-ci il təvəllüdlü Firəngiz Həsənova binanın 3-cü mərtəbəsindən yıxılıb.
O, Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Qadının pəncərənin şüşəsini silmək istədiyi zaman ehtiyatsızlıqdan yıxıldığı bildirilsə də, faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən araşdırma aparılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button