Mədəniyyət

Gəncədə Cavad xana abidə ucaldıla bilər

Gəncədə Cavad xanın heykəlinin ucaldılması məsələsinə baxılacaq.

Trend xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında öz əksini tapıb.

“Azərbaycan xalqının qəhrəman oğullarından olan Cavad xana Gəncənin ən gözəl guşələrindən birində heykəl qoyulması təklifi ilə bağlı bildiririk ki, Mədəniyyət Nazirliyinin 2021-ci il 1 dekabr tarixli 178-F nömrəli “Heykəltaraşlıq, abidələrinin, xatirə-memorial komplekslərinin ucaldılması və demontaj üzrə Ekspert Komissiyasının yaradılması və fəaliyyətinin təşkili haqqında” əmr imzalanıb. Ekspert Komissiyasının iclasında ölkəmizin görkəmli mədəniyyət nümayəndələrinin, dahi şəxsiyyətlərin heykəllərinin ucaldılması məsələsinə baxılacaq”, – hesabatda qeyd olunub.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button